Ana ilə övladını avtomobil vuraraq öldürüb.
Manset.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə avqustun 2-si saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində baş verib.
Qobustan rayon sakini Nuran Nuriyev sükanı arxasında olduğu “VAZ-21074” markalı 90-CL-577 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən qadınla körpəsini vurb.
Belə ki, avtomobil yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Vasif qızı Əliyeva və onun 2023-cü il təvəllüdlü oğlunu vuraraq öldürüb.
İdarə piyadaları qaydalara əməl etməyə və həyatları ilə risk etməməyə çağırıb.