Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

10:38 - 17 Sentyabr 2025

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Sumqayıt şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki nömrəsiz evdə baş verib.

1987-ci il təvəllüdlü İlkin Atakişiyev yaşadığı evə gələrək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Atakişiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində İ.Atakişiyev əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə Y.Atakişiyevanın başını kəsib. Həyat yoldaşını qətlə yetirən İ.Atakişiyev daha sonra özünün boğazını kəsərək intihar edib.

Məlumata görə, hadisə ailənin 10 yaşlı övladının gözləri qarşısında törədilib.

İ.Atakişiyev yaşadığı evin həyətyanı sahəsində donuzçuluq təsərrüfatı ilə məşğul olurmuş. Həyat yoldaşı ilə birlikdə həmin təsərrüfatda işləməklə ailəsini dolandırırmış.

İlkin ehtimala görə, İ.Atakişiyev hadisəni törədərkən içkili vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.


***

09:31

Sumqayıtda qətl hadisəsi baş verib.

Manset.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, İlkin Şakir oğlu Atakişiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Yeganə Bəxtiyar qızı Atakişiyevanı qətlə yetirib, daha sonra isə özünə qəsd edib.

Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az