Rusiyada 17 yaşlı azərbaycanlı qətlə yetirildi

22:15 - 09 Noyabr 2025

Rusiyada 17 yaşlı azərbaycanlı qətlə yetirildi

Rusiyanın Şaripovo şəhərində azərbaycanlı gənc bıçaqlanaraq öldürülüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə münaqişə zəminində baş verib. Qətlə yetirilən şəxsin Cəlilabad rayon sakini, 17 yaşlı İsmayıl Fətəliyev olduğu bildirilir.

Məlumata görə, İsmayıl Fətəliyev aldığı bıçaq xəsarətləri nəticəsində hadisə yerində həyatını itirib.

Mərhumun cənazəsi doğmalarının yaşadığı Cəlilabad rayonuna gətirilərək dəfn ediləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az