Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı - Fotolar

11:41 - 08 Dekabr 2025

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı - Fotolar

Bakıda 39 yaşlı fotoqraf dənizdə boğularaq ölüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltac Rasim oğlu Zeynalovun meyiti dekabrın 6-da Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

Onun hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az