Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız barədə QƏRAR

20:38 - 05 Fevral 2026

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız barədə QƏRAR

Bakıda atasını öldürməkdə şübhəli bilinən yeniyetmə qız ev dustaqlığına buraxılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Nizami rayon məhkəməsində qərar verilib.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını əsas gətirərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsini təklif edib. Məhkəmə təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

    Qeyd edək ki, Bakının Nizami rayonunda mənzildə ailə məişət zəminində bıçaqlanma hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Haşımov Rüfət Arif oğlu mübahisə zamanı həyat yoldaşını döyüb. Bunu görən onların 15 yaşlı qızı bıçaqla Rüfət Haşımova xəsarəti yetirib. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib və orada ölüb.

    Prokurorluğun yaydığı məlumata görə, fevralın 2-i 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində bir gün sonra müalicə aldığı xəstəxanada ölüb. Onun 15 yaşlı qızı cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb.

    Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

    ***

    4 fevral, 15:43

    Bakıda bıçaqlanma hadisəsi baş verib.


    Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bıçaqlanan 49 yaşlı Rüfət Haşımovun həyatını xilas etmək mümkün olmayıb.

    Hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

    Cinayəti onun 15 yaşlı qızının törətməsinə əsaslı şübhələr müəyyən edilib. Yeniyetmə saxlanılıb.

    Qeyd edək ki, ilkin məlumata görə, R.Haşımov həyat yoldaşını döydüyü üçün qızı müdaxilə edib. Həmin vaxt bədbəxt hadisə baş verib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az