Minik və yük avtomobilləri toqquşdu - Ölən var

10:52 - 14 Mart 2026

Minik və yük avtomobilləri toqquşdu - Ölən var

Bərdədə yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Yevlax-Bərdə avtomobil yolunun Bərdənin Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi "VAZ-2106" markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən "KAMAZ" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "VAZ"ın sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az