Suraxanı rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Manset.az-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü müəllim kimi çalışan Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub:
"İlkin araşdırmalarla 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir".