İmişli rayonunda yeniyetmə qızın meyiti tapılıb.
Manset.az xəbər verir ki, hadisə aprelin 10-u İmişli şəhərindəki həyət evlərinin birində baş verib.
2011-ci il təvəllüdlü Nigar Kazımlının meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Müvafiq ekspertizalar təyin olunub.