Bakı şəhərinin Ramana qəsəbəsində ağır cinayət hadisəsi baş verib.
Manset.az-ın ARB xəbərə istinadən məlumatına görə, 35 yaşlı Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyalə və onun anası İradə adlı qadını qətlə yetirib.
Qonşuların sözlərinə görə, Şəkinin Cəfərabad kənd sakini olan Vüsal Lütfəliyev qızının ad günündə iştirak etmək və övladını görmək üçün ailəsinin olduğu ünvana gəlib. Keçmiş qayınanası buna etiraz edib. İddialara görə, hadisə də məhz bu səbəbdən baş verib.
Hadisəni törətdikdən sonra V. Lütfəliyev ərazidən uzaqlaşmağa çalışıb. O, yaxınlıqdakı qonşulardan birinin həyətyanı sahəsinə keçib. Bir müddət sonra həmin ərazidə onun meyiti aşkarlanıb.