Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb.
Manset.az xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb.
Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onun oğlu, 59 yaşlı Polad Məmmədov olub.
Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.