Qazaxda qardaş qardaşı bıçaqladı

21:16 - 06 Sentyabr 2021

Qazaxda qardaş qardaşı bıçaqladı

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Qaracayev Mustafa Məhəmməd oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, 47 yaşlı kişini qardaşı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az