Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manşet.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.