Azərbaycanda 17 yaşlı qız məzun məclisində BIÇAQLANDI

22:01 - 20 İyun 2021

Azərbaycanda 17 yaşlı qız məzun məclisində BIÇAQLANDI

Sabirabadda məzun olan qız bıçaqlanıb.

Manset.az apa-ya istinadən xəbər verir ki, saat 08.00 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində yerləşən restoranlardan birində rayonun 5 saylı orta məktəbinin məzunlarının təşkil etdiyi tədbirdə bıçaqlanma hadisəsi baş verib.Məzunların iştirak etdiyi məclisə yaxınlaşan Sübhan adlı şəxs Sabirabad sakini 2004-cü il təvəllüdlü Nəsirzadə Nigar Anar qızını kürək nahiyəsindən bıçaqlayıb. Məzun qız Şirvan Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv