Həkim səhvən "Möhtəşəm Yüz il"də çəkilən azərbaycanlı aktyorun ayağını amputasiya etdi - FOTO

00:44 - 02 Sentyabr 2024

Həkim səhvən \"Möhtəşəm Yüz il\"də çəkilən azərbaycanlı aktyorun ayağını amputasiya etdi - FOTO

Aktyor Əlvan Fərmanoğlunun səhhətində ciddi problem yaranıb. 
 
Manset.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda aparıcı İlkin Həsəni məlumat yayıb.

O bildirib ki, həkim səhlənkarlığı ucbatından aktyorun ayağı amputasiya edilib:
 
"Dəyərli aktyorumuz Əlvan Fərmanoğlunun son halı. "Məlhəm" klinikasının bəzi "həkim"lərinin səhlənkarlığına görə sağ ayağı amputasiya olunub. Bu kişini bu vəziyyətə salan hər kəs qanun qarşısında cavab verəcək".
 
Qeyd edək ki, Ə.Fərmanoğlu məşhur türk serialı "Möhtəşəm Yüz il"də epizodik bir rolda çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az