Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir.
Manset.az xəbər verir ki, sentyabrın 24-də mədəniyyət günləri çərçivəsində Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında qazax dilində nəşr edilmiş “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” mövzusunda ədəbi-poetik məclisi təşkil olunub.
Tədbirdə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, iki ölkənin elm, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Kitab haqqında məlumat verən tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi qeyd edib ki, bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyidir. Bu münasibətlə Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən qazax dilində Füzulinin qəzəlləri və qəsidələrindən ibarət “Füzuli – 530 misra” kitabı nəşr olunub.
Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədri Rüstəm Əli Azərbaycan Mədəniyyət Günlərinin önəmindən danışıb. Vurğulayıb ki, iki ölkə arasındakı dostluq və hərtərəfli əməkdaşlıq bundan sonra da davam edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Azərbaycan mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığından söz açıb. Bildirib ki, 2024-cü il yanvarın 25-də Prezident İlham Əliyev Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Dahi şairin 530 illiyində belə bir kitabın nəşr olunması böyük əhəmiyyətə malikdir.
Azərbaycan Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Məhəmməd Füzulinin əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını söyləyib.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova “Məhəmməd Füzulinin əsərlərinin qazax dilinə tərcüməsi” mövzusunda çıxış edib.
Azərbaycanın Xalq yazıçısı Elmira Axundova mədəniyyət günləri çərçivəsində təqdim ediləcək “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabı haqqında məlumat verib.
Daha sonra mövzu ətrafında AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, kitabın tərtibçisi, şair, tərcüməçi Fərid Hüseyn və başqaları çıxış ediblər.
Bədii hissədə qiraətçi, aktyor Hüseynağa Aslanov və aktrisa Jalə Novruzova tərəfindən Füzulinin bir sıra qəzəlləri səsləndirilib. Xanəndələr – respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Hüseynli və Leyla Rəhimova Füzulinin qəzəllərini muğam üstə ifa ediblər. Qazaxıstan aktyorları Kazibek Iskara və Guldana Alixan tərəfindən Füzuli şeirlərinin qazax dilinə tərcümələrindən nümunələr təqdim olunub. Qiraətçiləri Əməkdar artist Toğrul Əsədullayev (kamança) və respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev (tar) müşayiət ediblər.
Qeyd edək ki, layihənin rəhbəri və müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, kitabın tərtibçiləri şair, tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu, şair Fərid Hüseyn, redaktoru Nurlıbek Samatulu, məsləhətçisi isə ədəbiyyatşünas Didar Kulkenovdur. Bakıda "Zərdabi nəşr"də işıq üzü görən kitabda dahi şairin 22 qəzəl və 6 qəsidəsi yer alıb.
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
17:50 - 24 Sentyabr 2024












Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Məşhur sənətçi insult keçirdi - FOTO

Vaqif Poeziya Günlərinin keçiriləcəyi şəhərlər açıqlandı

"Həyat yoldaşım çox zövqlüdür" - Namiq Qaraçuxurlu

Mədəniyyət Nazirliyi bu xəbəri təkzib etdi - FOTO

Direktor və müavinlərin işə qəbulu nəticələri açıqlandı

“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi

"Verilişdə müğənnilərə gələn hədiyyələr saxtadır"

Almaxanım ana oldu

İşğaldan azad edilən ərazilərdə 44 yeni abidə mühafizəyə alındı - FOTOLAR

Mədəniyyət Nazirliyində mərakeşli jurnalistlərlə görüş keçirildi - FOTO

“Sənin adın nədir?” adlı ilk tanıtım sərgisinin açılışından FOTOLAR

Günay Əfəndiyeva "Özbəkistanın mədəniyyət elçisi" medalı ilə təltif edildi
Xəbər xətti
- 09 İyul 2025
- 01:30 Bu ölkə növbəti ildən avroya keçir
- 00:30 30 yaşdan sonra günəş şüaları daha təhlükəlidir - Nə etməli?
- 08 İyul 2025
- 23:56 Bu klub braziliyalı futbolçu müqavilə imzaladı
- 23:25 Ceyhun Bayramov həmkarı ilə danışdı
- 23:05 Natəvan Bayramova yeni vəzifəyə təyin olundu - FOTO
- 22:51 "Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik"
- 22:36 Məşhur sənətçi insult keçirdi - FOTO
- 22:17 "Azəriqaz"da yüksək vəzifəyə TƏYİNAT
- 21:48 Ailənin 5-ci üzvü də öldü: 8 rəqəmi kabusu - VİDEO
- 21:12 Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi - YENİLƏNİB
- 20:58 Türkiyədə daha bir bələdiyyə sədri həbs edildi
- 20:37 Ermənistanda partlayış - Yaralananlar var
- 20:24 Pakistan XİN Azərbaycana təşəkkür etdi
- 19:57 Makrona xanımından növbəti hörmətsizlik - VİDEO
- 19:45 Natiq Cəfərliyə AĞIR İTKİ
- 18:42 Zığ şossesi yaxınlığındakı yanğın söndürüldü - YENİLƏNİB
- 18:26 Paytaxtın 14 küçəsində tıxac var - Sürücülərin nəzərinə
- 18:14 Putin intihar edən nazirin yerinə onu təyin etdi
- 17:53 İspaniya klubundan “Qarabağ”lıya təklif gəldi
- 17:37 Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı
- 17:04 Ölkə başçısından mühüm FƏRMAN
- 17:01 İlham Əliyev Trampa başsağlığı verdi
- 16:56 Prezidentdən İldırım Vəliyevlə bağlı SƏRƏNCAM
- 16:55 Onlara diplomatik rütbələr verildi - SƏRƏNCAM
- 16:50 "Şuşa TV" bərpa oluna bilər
- 16:28 23 minə yaxın abonent QAZSIZ QALACAQ
- 16:15 Motokuryerlərə nəzarət artırılır - VİDEO
- 16:08 Hava limanında dəhşətli hadisə - Təyyarənin mühərrikinə çəkilərək öldü
- 16:04 Şəkidə TIR yanır - VİDEO - Yenilənir
- 15:40 Ədliyyə Akademiyası Anar Bağırovu təltif etdi
- 15:30 Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
- 15:22 "Unibank"ın sədri işdən çıxdı
- 15:10 Rio Ferdinand Osimhen transferindən danışdı - "Mən məyus olardım"
- 14:55 Sabah çimərliklərdə hava necə olacaq?
- 14:40 "Ukraynadan danışıqlar üçün təklif gözləyirik" - Peskov
- 14:38 Azərbaycanda bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək
- 14:34 Himalayda daşqın - 1 ölü, 28 itkin
- 14:26 CHP İstanbulda seçki saxtakarlığı - Özgür Çelik polisə çağırıldı
- 14:24 Pakistan ordusu “xarici dəstək” iddialarını təkzib etdi
- 14:18 Əli Əsədovdan yeni QƏRAR
- 13:55 “Azərlotereya”nın “1001 Sevinc” əşya lotereyasının ilk qalibləri bəlli oldu
- 13:34 “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin layihəsindən FOTOLAR
- 13:28 Sabah bəzi yerlərə yağış yağacaq
- 13:13 “Medianın inkişafında Heydər Əliyevin rolu” adlı konfransdan FOTOLAR
- 13:07 Sumqayıtı Saray qəsəbəsi ilə birləşdirən körpüyə aparan yollar genişləndirilir - VİDEO/FOTO
- 13:07 “Ukraynaya daha çox silah göndərməliyik” - Tramp
- 12:59 Bu yol bizim yolumuzdur - Gülər Mübariz yazır
- 12:45 DTX əməliyyat keçirdi - Xaricdən müdaxilənin qarşısı alındı
- 12:38 Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
- 12:32 HTS ABŞ-nin terror siyahısından çıxarıldı
- 12:19 Hərbi prokuror sərhədçilərlə birlikdə - FOTOLAR

