Əməkdar artist Yusif Mustafayev TikTok sosial şəbəkəsinə üsyan edənlər sırasına qoşulub.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə" verilişində danışıb.
O, haqqında yazılan rəylərə çox əsəbiləşdiyini bildirib: "Allah eləsin ki, bu TikTok bağlansın, nə yaxşı olar. Məndə bir pis xüsusiyyət var ki, haqqımda yazılan rəylərə baxıram. Oxuyuram və çox əsəbiləşirəm. Bu mənim mənfi xüsusiyyətimdir".