"İxtisasını bilməyən müəllimlər var" - Adil Kərimli

13:11 - 18 Mart 2026

\"İxtisasını bilməyən müəllimlər var\" - Adil Kərimli

Bu il 1996 müəllim artıq attestasiyasından keçib.


Manset.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün keçirilən ictimai dinləməsi zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

Nazir qeyd edib ki, indiyədək keçirilən attestasiya imtahanlarında məyusedici məqamlar var idi, lakin müsbət, ürəkaçan məqamlar da oldu.

“Bu sahədə atılmalı addımlardan biri də yeni işə qəbul edilməli olan müəllimlərimizin və eyni zamanda direktorların məhz Dövlət İmtahan Mərkəzi vasitəsilə imtahanla işə qəbul prosesinin təşkili və onun təkmilləşdirilməsi işidir ki, bu da  müsbət nəticəsini verməkdədir”.

Adil Kərimli onu da vurğulayıb ki, bu müddət ərzində təhsil müəssisələrində, – Mədəniyyət Nazirliyinin sistemində olan musiqi incəsənət və rəssamlıq məktəblərində ixtisasını yaxşı bilməyən müəllimlər var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az