Azərbaycan beynəlxalq incəsənət sərgisində təmsil olunur

10:02 - 25 Aprel 2026

Azərbaycan beynəlxalq incəsənət sərgisində təmsil olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Səfirliyin dəstəyi, həmçinin Berlindəki Mədəniyyət Mərkəzi ilə “İsmayılov Qalereyası”nın birgə təşkilatçılığı ilə 24–26 aprel 2026-cı il tarixlərində Köln şəhərində keçirilən nüfuzlu Discovery Art Fair sərgisində ölkəmiz uğurla təmsil olunur.


Manset.az xəbər verir ki, 15 mindən çox ziyarətçinin qatıldığı, 16 ölkədən 117 qalereya və yaradıcı şəxsin iştirak etdiyi sərgidə Azərbaycan stendi xüsusi diqqət cəlb edir. Milli stenddə azərbaycanlı rəssamlar Əsmər Nərimambəyova, Sabir Çopuroğlu, Anar Hüseynzadə, Orxan Qarayev, Fərid İsmayılov, Cəmalə Rəhmanlı, Taleh Mirkazım, eləcə də heykəltəraşlar Kənan Əliyev, Əhəd Məmmədov, Kamran Əsədov, Namiq Hüseynov və Ülviyyə Məmmədlinin ümumilikdə 50-ə yaxın əsəri nümayiş olunur.

Sərgiyə gələn ziyarətçilərin marağı və müsbət rəyləri bir daha göstərir ki, Azərbaycan müasir incəsənəti beynəlxalq arenada getdikcə daha çox diqqət çəkir və təqdim olunan əsərlər yüksək qiymətləndirilir.

Almaniyanın nüfuzlu “Discovery Art Fair” sərgisində iştirak ölkəmizin müasir incəsənətinin beynəlxalq səviyyədə tanıdılması, rəssam və heykəltəraşlarımızın əsərlərinin dünyada təbliği, yaradıcı sənayenin inkişafı və mədəni diplomatiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az