Mayın 13-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin (1943-2025) anadan olmasının 83-cü ildönümü münasibətilə Fəxri xiyabanda məzarı ziyarət edilib.
Manset.az xəbər verir ki, mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Ədibin məzarı üzərinə əklil və tər çiçəklər düzülüb.
Çıxış edənlər Xalq yazıçısı Elçin Əfəndiyevin XX-XXI əsrlər Azərbaycan ədəbi-mədəni fikrinin inkişafındakı mühüm xidmətlərindən danışıblar. Qeyd olunub ki, görkəmli ədib bir-birindən maraqlı, əhəmiyyətli əsərləri ilə ədəbiyyatımızın və milli teatrın inkişafına öz töhfəsini verib, ədəbi tənqidimizdə özünəməxsus iz qoyub. Elçin Əfəndiyevin ictimai-siyasi xadim kimi uzunillik səmərəli fəaliyyətindən də bəhs olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva atasının xatirəsinə göstərilən ehtirama görə mərasim iştirakçılarına minnətdarlıq edib.
Xatırladaq ki, Xalq yazıçısı 2025-ci ilin 3 avqust tarixində dünyasını dəyişib.