Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub.
Manset.az xəbər verir ki, tədbirdə Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, millət vəkilləri, mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə yubilyarın həyat yolu və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Baş nazirin müavini Samir Şərifov çıxış edərək Sabir Rüstəmxanlının ədəbi yaradıcılığı və ictimai-siyasi fəaliyyətindən danışıb, Baş nazir Əli Əsədovun yubiley məktubunu səsləndirib.
Gecədə Xalq şairinin şeirləri qiraət olunub, sözlərinə yazılmış musiqi nömrələri təqdim edilib.
Sonda çıxış edən Sabir Rüstəmxanlı yubiley gecəsinin təşkilinə görə təşəkkürünü bildirib.