“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalın açılışından FOTOLAR

16:16 - 30 May 2026

“Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalın açılışından FOTOLAR

29 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd-Sosial Maarifləndirmə”İctimai Birliyinin birgə təşkilatçılığı ilə İçərişəhərdə “Qarabağ Mədəniyyət Xəritəsi – Hər Rayonun Öz Səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi baş tutub. 


Manset.az xəbər verir ki, festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır. Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.

Rəsmi açılış mərasimində ilk olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud çıxış edib. O, Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür festivallar mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyin baş katibi Aysel Tahirova festivalın əsas ideyasının Qarabağın hər rayonunun öz səsi, sənəti və mədəni kimliyi ilə tanıdılması olduğunu bildirib:

“Məqsədimiz Qarabağın zəngin mədəni xəritəsini bir platformada təqdim etmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaq və bu dəyərləri gələcək nəsillərə sevdirməkdir.”

Rəsmi hissənin davamında Milli Məclisin deputatları Günay Əfəndiyeva, Nigar Arpadarai, Hikmət Babaoğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Pərvanə Vəliyeva, Azər Allahverənov festivalın Qarabağın mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edərək layihənin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər.

Festival bədii proqram və konsert çıxışları ilə davam edib. Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarına məxsus mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az