logo
logo logo
logo

Röya Aygünün repertuarından “Uzaqlıq”ı seçdi - VİDEO

11:50 - 14 Avqust 2026

Röya Aygünün repertuarından “Uzaqlıq”ı seçdi - VİDEO

Xalq artisti Röya Ayxan həmkarı, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən “Uzaqlıq” mahnısını yeni ifa tərzində təqdim edib.


Manset.az xəbər verir ki, Eldar Mansurovun musiqisi, Vahid Əzizin sözləri əsasında ərsəyə gələn mahnı Röya Ayxanın ifasında fərqli ovqat qazanıb. Yay enerjisi, parlaq rənglər və dinamik kadrlarla hazırlanan klipdə sənətçi üç fərqli obrazda təqdim olunub.

Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlləri Ravil Askerov, aranjimanı isə Camal Qurbanovdur. Layihənin səsyazma, miks-masterinq və prodakşn işlərini Toufan Records həyata keçirib.

Rəngarəng vizuallığı və enerjili ifası ilə seçilən “Uzaqlıq” mahnısı nostalji hissləri müasir yay atmosferi ilə bir araya gətirir.

“Uzaqlıq” artıq bütün musiqi platformalarında dinləyicilərin ixtiyarındadır.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az