logo
logo logo
logo

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

21:34 - 17 Sentyabr 2026

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlanır

Dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin adı Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazılıb. Sentyabrın 18-də böyük musiqi xadiminin anadan olmasının 141-ci ildönümüdür. 


Manset.az xəbər verir ki, 2009-cu ildən etibarən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin adını daşıyan Beynəlxalq Musiqi Festivalı keçirilir. Musiqi bayramı hər il bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirir. 

18-30 sentyabr tarixlərini əhatə edən builki festivalın da zəngin proqramı var. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.

Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək. 

Builki festival eyni zamanda Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı ilə yadda qalacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az