Qazaxıstan məhkəməsi Azərbaycan əsilli tanınmış reper “Navai” (Nəvai Bəkirov) barəsində iki ay müddətinə həbs qərarı çıxarıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun narkotik maddələrin qaçaqmalçılığına cəhd işi üzrə istintaq müddətində həbsdə qalacağı güman edilir.
Xatırladaq ki, oktyabrın 14-də Qazaxıstanın “Korday” sərhəd-keçid məntəqəsində aparılan yoxlama zamanı “Navai”nin avtomobilində narkotik maddə aşkarlanıb. Ona qarşı qadağan olunmuş maddələrin qaçaqmalçılığına cəhdlə bağlı iş açılıb. Bəkirovla birlikdə avtomobildə olan daha iki nəfər də saxlanılıb.