Müğənni Eldar Qasımov "Eurovision” mahnı yarışmasına qayıdır.
Manset.az xəbər verir ki, bunu sənətçi özünün sosial media hesabında paylaşıb.
Bildirib ki, ona yarışmanın Azərbaycan nümayəndə heyətinin prodüseri olmaq təklif edilib:
“Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. “Eurovision-2023”-ə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim”.
Qeyd edək ki, Eldar müğənni Nigar Camalla birgə ifa etdiyi "Running scared" mahnısı ilə “Eurovision-2011"in qalibi olub.