Məşhur müğənni ölümdən döndü

19:14 - 30 Avqust 2021

Məşhur müğənni ölümdən döndü

Müğənni Doğuş Antalyada ailəsi ilə dincələrkən ölümdən dönüb.

Manşet.az xəbər verir ki, bu barədə “Hürriyet” yazıb. Bildirilir ki, gəzintiyə çıxdıqları qayıqdan dənizə tullanan müğənni uzun müddət suyun üzünə çıxmayıb. Bu zaman kapitan dənizə atılaraq Doğuşu sudan çıxarıb və ilkin müdaxilə edib.

Sənətçinin həkimi “1 dəqiqə də geciksəydilər fiziki zədə ölümlə nəticələnərdi” deyə açıqlama verib.

Qeyd edək ki, Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəlidir və cütlüyün əkiz övladı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az