Şahnaz Haşımovanın son vəziyyəti açıqlandı

14:16 - 23 İyul 2023

Şahnaz Haşımovanın son vəziyyəti açıqlandı

Artıq yavaş-yavaş səhhətim yaxşılaşır.

 

Manset.az xəbər verir ki,bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:

"İnanıram ki, tezliklə ayağa qalxacağam".

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, dünən Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az