Cənnətin yer üzündəki rəmzi – Bir Laçın hekayəsi (VİDEO)

17:54 - 25 İyul 2023

Cənnətin yer üzündəki rəmzi – Bir Laçın hekayəsi (VİDEO)

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC "Bir Laçın hekayəsi" adlı film hazırlayıb.

 

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsindən Manset.az-a verilən məlumata görə, “Telefilm” yaradıcılıq birliyində hazırlanan film işğaldan azad olunmuş Laçın haqqındadır. Film Laçının dünənini, bu gününü və sabahını, Laçında gedən nəhəng quruculuq işlərini, Laçının insanlarını - 30 illik işğaldan sonra vətənə qayıdan laçınlıların fikirlərini və duyğularını, hər bir kəsin özəl Laçın hekayəsini tərənnüm edir. Bütün bu və bu kimi dəyərli məqamlar filmdə öz əksini tapıb.

Filmin rejissoru Pərviz Həsənov, ssenari müəllifi Afaq Vasifqızı, operatoru isə Elxan Rüstəmovdur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az