MEDİA jurnalistlərə çağırış etdi

11:50 - 01 Mart 2026

MEDİA jurnalistlərə çağırış etdi

Medianın İnkişafı Agentliyi Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib.


Manset.az xəbər verir ki, müraciətdə Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axınının müşahidə olunduğu qeyd edilir.

"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.

Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - müraciətdə vurğulanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az