Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
12:20 - 8 May 2024
Rusiyalı idmançı Denis Vovk Sankt-Peterburqdakı vağzalda 650 tonluq qatarı 37 saniyəyə 1,48 metr dartaraq dünya rekordu qırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vovk növbəti məqsədinin sualtı qayıq çəkmək olduğunu açıqlayıb.
Vovkun xüsusi hazırlanmış kəndirlər və relslər arasına yerləşdirilən mexanizm vasitəsilə qatarı çəkərək rekord qırdığı anları performans təlimçiləri və jurnalistlər də izləyiblər.
Rusiya rəsmiləri qeyd ediblər ki, rekordun qeydiyyatı üçün bütün şəkilləri və sənədləri Ginnesin Rekordlar Kitabı nümayəndələrinə göndərəcəklər.
Rusiya Dəmir Yolu Şirkətinin yayımladığı kadrlarda rekord cəhd üçün stansiyada olan insanların qatarı çəkməkdə çətinlik çəkən Vovka motivasiyaedici sözlər dedikləri görülüb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin