Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
13:50 - 8 May 2024
İspaniyanın Barselona şəhərindəki Sant Pau Tədqiqat İnstitutunun alimləri, insanda Alzheimer xəstəliyinin yaranmasına səbəb olan gen aşkar ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 10 mindən çox insanın və 3 mindən çox beyin donorunun klinik məlumatlarını təhlil edən komanda, “APOE4” adlı genin 2 nüsxəsi olan 65 və daha yuxarı yaşda olan insanların 95 faizindən çoxunda xəstəliyin erkən əlamətlərinin olduğunu müəyyən edib.
Araşdırmaya görə, insanların 2 faizində cüt “APOE4” genləri var.
Bu kəşf “APOE4” genini basdıracaq və simptomlar görünməzdən əvvəl xəstəliyi aradan qaldıracaq bir müalicənin inkişafına səbəb ola bilər. Bundan əvvəl avstraliyalı aktyor Kris Hemsvortun bu genin 2 nüsxəsini daşıdığı açıqlanmışdı.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin