Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
15:55 - 8 May 2024
Mayın 8-də Bolqarıstanın birinci xanımı Desislava Radeva Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub.
Manset.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Səadət Yusifova Bolqarıstanın birinci xanımına ölkəmizin milli mətbəxinin xüsusiyyətləri haqqında məlumat verib.
Qonağa şah plov, kükü, düşbərə, qutablar, yarpaq dolması, dovğa, habelə milli şirniyyatımız olan şəkərbura və Azərbaycan mətbəxinin digər ləziz nümunələri təqdim olunub.
Sonra Bolqarıstanın birinci xanımına milli mətbəximizin təamlarının hazırlanma üsulları nümayiş edilib.
Azərbaycan milli mətbəxinin ləziz təamları ilə tanışlıq Bolqarıstanın birinci xanımı Desislava Radevada xoş təəssürat yaradıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin