İlon Maskdan "Apple"haqqında iddia - Bizdən saxladıqları...

18:05 - 8 May 2024

İlon Maskdan

"Apple"ın üzərində işlədiyi və bizdən gizlətdiyi məhsullar ola bilər

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple-ın dünən axşam təqdim etdiyi OLED ekranlı iPad Pro modeli Tesla və SpaceX-in rəhbəri İlon Musk müzakirə edib.

Maskın sözlərinə görə, Apple-ın nəzərdən keçirdiyi yeni iPad Pro modeli Ar-Ge xərclərini şübhə altına alıb və bu xərclərini gizli məhsullar üçün istifadə edilib.

Bəs İlon Maskın bu səsləndirdiyi sözlərin səbəbi nədir?

2024-cü il istehsalı iPad Pro (11 düym) modelinin qalınlığı 5,3 mm-dir. Əvvəlki nəsil iPad Pro-nun qalınlığı 5,9 mm-dir. Beləliklə, iki il ərzində planşet cəmi 0,6 mm nazikləşib.

İlon Musk da bu yazıdan sitat gətirib və Apple-ın Ar-Ge xərclərini şübhə altına alaraq, bildirib ki, bu, çox puldur. Ola bilsin ki, bəzi gizli məhsullar hazırlanıb..

Təbii ki, ortada bir “gizli məhsul” varsa, bizim onu ​​anlamağımız mümkün deyil. Bununla belə, şirkətin hələ sınaq mərhələsində olan cihazları, yeni texnologiyaları ola bilər.

Məsələn, keçən il təqdim edilən Apple Vision Pro, o vaxta qədər şirkətin gizli saxladığı (müxtəlif sızıntılar olsa da) məhsul idi. Hazırda şirkətin qatlana bilən model üzərində işlədiyi və bu cihazın 2026-cı ilə qədər buraxılmayacağı bildirilir.

O zaman İlon Maskın iddiasının nə doğru, nə də yalan olduğunu söyləmək mümkün deyil.


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin