Tehran sakinləri İran prezidenti üçün dua oxuyurlar - VİDEO
20 May 2024
22:36 - 8 May 2024
Malayziya ölkədən palma yağını aktiv şəkildə alan ölkələrə oranqutanlar bağışlamaq niyyətindədir.
Manset.az xəbər verir ki, bu barədə ölkənin plantasiya və əmtəə naziri Cohari Əbdül Qani özünün sosial media hesabında məlumat verib.
Nazirin sözlərinə görə, palma yağının sənaye miqyasında çıxarılması oranqutanların yaşayış mühitinə böyük ziyan vurub və hazırda bu meymun növü nəsli kəsilmək ərəfəsindədir. Buna görə də Malayziya palma yağını almağa davam etmək istəyənlər bu primatların qayğısına qalmalıdırlar.
“Oranqutan diplomatiyasından istifadə etməklə biz Malayziyanın biomüxtəlifliyin qorunmasına sarsılmaz sadiqliyini göstərmək istəyirik”, - nazir qeyd edib.
Nazir oranqutanları ilk növbədə Malayziya palma yağını idxal edən ən böyük ölkələrə - Aİ ölkələri, Çin və Hindistana təklif edib. Nazirin sözlərinə görə, bu proqram Çini panda diplomatiyasına bənzəyəcək. Çin öz pandalarını ölkəyə dost münasibət nümayiş etdirən ölkələrə bağışlayır və ya borc verir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin