Meksikanın Nopala de Villagran bir qadın köhnə buxar qatarına baxarkən qatarın onu vurması nəticəsində dünyasını dəyişib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, qadın "Final Spike" buxar turu zamanı ərazidən keçən köhnə buxar qatarı ilə şəkil çəkdirmək istəyərkən qatarın küncü onun başının arxasına dəyib və onu irəli atıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, qadın hadisə yerində dünyasını dəyişib.