Türkiyədə əməliyyat masasında ölən keçmiş millət vəkilinin nəşi Bakıya gətirilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin İzmir şəhərində ürəyindən əməliyyat edilən zaman dünyasını dəyişən sabiq millət vəkili Mahir Aslanovun nəşi ötən gün Bakıya gətirilib.
Hazırda onun yaşadığı evdə vida mərasimi keçirilir. Keçmiş deputat vida mərasimindən sonra Yasamal rayon qəbiristanlığında dəfn ediləcək.
Manşet.az