Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ

14:20 - 25 Fevral 2026

Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” sədrinin müşaviri vəzifəsindən azad edilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun müvafiq əmri ilə Məhəmməd Paşazadə sədrin müşaviri vəzifəsindən azad edilib.

Onunla bağlı qərar bir neçə gün bundan əvvəl verilib. 

Qeyd edək ki, Məhəmməd Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin (Şeyxin) oğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadənin qardaşı oğludur. 


Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az