25 yaşlı influenser Maria Rita fevralın 21-də şübhəli şəraitdə dünyasını dəyişib.
Manset.az xəbər verir ki, ailəsi sosial şəbəkə hesabında yaydığı açıqlamada hadisənin təfərrüatlarını bölüşüb. Bildirilib ki, gözəllik mütəxəssisi olan Maria Rita anasına makiyaj etmək üçün ailəsinin evinə gedib. Hadisə zamanı o, qəfil nəfəs darlığı yaşayıb və huşunu itirib.
Məlumata görə, gənc qadın kəskin "miokard işemiyası" keçirib. Bu vəziyyət koronar arteriyanın ani tutulması nəticəsində ürəyə gedən qan axınının kəskin azalmasına və ürək əzələsinin kifayət qədər oksigen almamasına səbəb olur.
Ailəsinin açıqlamasında qeyd olunub ki, yaxınları və sevgilisi ona ilkin tibbi yardım göstərib. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dörd dəfə ürəyi dayanıb və həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.