"Naxçıvan Taxıl Məhsulları" MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barədə cinayət işi açılması ilə bağlı xəbər yayımlamışdıq.
Manset.az eksklüziv mənbələrdən bir sıra məlumatlar əldə edib.
Belə ki, bu cinayət prosesinə Naxçıvan Muxtar Respublikasının yüksək çinli məmurları da cəlb edilib. Hazırda onlar da sorğu-sual edilir. İfadələri alınır. Xəbər portalımız hələ ki cinayət işinə cəlb edilən şəxslərin adlarını açıqlamır.
Saytımız cinayət işi açılan "Naxçıvan Taxıl Məhsulları" MMC-nin icraçı direktoru Şakir Tarverdiyevin fotosunu əldə edib. Həmin fotonu təqdim edirik.