Camalın qızı Aynur məcburi məhkəməyə gətirilir

16:19 - 16 Mart 2026

Camalın qızı Aynur məcburi məhkəməyə gətirilir

Teleqraf saytının rəhbəri Aynur Camalqızı Manset.az xəbər portalının həmtəsisçisi və baş redaktoru Əli Vəliyevi məhkəmə verib.

 

Manset.az xəbər verir ki, Camalın qızı Aynur Əli Vəliyevdən xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib. Hakim Fuad Axundovun sədrliyi ilə keçirilən proses sabah baş tutacaq.

Hazırlıq iclası ötən həftə keçirilsə də, Aynur Camal prosesdə iştirak etməyib. İddia xüsusi ittiham qaydasında olduğu üçün hakim iddiaçının şəxsən iştirakının zəruriliyini bildirib.

Sabahkı prosesdə hakimin tələbi ilə Camalın qızı Aynur şəxsən məhkəməyə gətirilir.

Qeyd edək ki, Aynur Camal rəhbəri olduğu saytlarda Manset.az xəbər portalının istehsalı olan özəl xəbərləri istinadsız yayımlayıb. Bu barədə ona dəfələrlə xəbərdarlıq edilsə də, həmin addımlarını yenə davam etdirib. Bütün bu hadisələr fonunda həm saytın özəl xəbərlərini istinadsız yayımlaması, həm də portalın baş redaktoru Əli Vəliyevi məhkəməyə verməsi onun “peşəkar” fəaliyyətindən xəbər verir.

Fotoda Əli Vəliyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az