Baharın gəlişi ilə Bakı Bulvarı yenidən rəngarəng çiçəklərlə bəzədilib, əraziyə əkilən təbii güllər paytaxta xüsusi gözəllik qatıb. Lakin bəzi vətəndaşların məsuliyyətsiz davranışı nəticəsində bulvarda əkilən güllər tapdalanaraq zədələnib, bir çox bitkilər sındırılaraq yararsız hala salınıb. Hadisəni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və ictimai narazılığa səbəb olub.
Manset.az-ın əldə etdiyi məlumata görə, həmin şəxslərə müvafiq xəbərdarlıq edilib. Dünəndən etibarən Bulvar İdarəsinin əməkdaşları zərər görmüş güllərin bərpası və ərazinin əvvəlki görkəminə qaytarılması istiqamətində işlərə başlayıblar.
Hazırda bulvarda abadlıq və bərpa işləri davam etdirilir.
Sözügedən görüntüləri təqdim edirik: