“Dünyaya uşaq gətirən valideynlərin öz məsuliyyətini dərk etməsi çox vacibdir”.
Manset.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda çıxışı zamanı deyib:
“Valideynlərin öz övladlarının inkişafında oynaya biləcəkləri rol çox sadə addımlarla da ifadə oluna bilər. Məsələn, valideynin məktəbdən gəlmiş övladına “Bu gün nə öyrəndin?” sualını verməsi uzunmüddətli vədədə şagirdlərin həm riyazi, həm oxu, həm də təbiət elmləri sahəsində nəticələrinə çox müsbət təsir göstərir. Bunu elmi tədqiqatlara əsasən deyirəm”, - deyə nazir fikirlərinə əlavə edib.
Fidan Vəlisoy