David Seliverstov yüksək vəzifəyə təyin edilib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Qlobal Həmrəylik Şurasının qərarına əsasən, hüquq müdafiəçisi David Seliverstov Azərbaycan Respublikası üzrə sədr və eyni zamanda Qafqaz regionu üzrə regional komissar vəzifəsinə təyin olunub.
David Seliverstov öz vəzifəsini beynəlxalq əməkdaşlıq prinsiplərinə sadiqliyin, institusional etimadın və hüquqi məsuliyyətin əsasında quracaq.
Onun əsas missiyası Azərbaycan, Qafqaz regionu və beynəlxalq tərəfdaşlar arasında konstruktiv əməkdaşlığın gücləndirilməsi olacaq.
Qeyd edək ki, David Seliverstovun hüquq müdafiəsi sahəsində zəngin təcrübəsi və beynəlxalq səviyyədə dialoq qurmaq bacarığına sahib tanınmış hüquqşünasdır.
Manşet.az