“Bakı Marafonu-2026”da qalib gələnlər sırasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov da olub.
Manset.az xəbər verir ki, o, 42,2 km-lik marafon məsafəsini uğurla başa vurub. 63 yaşlı icra başçısının yüksək güc və enerji ilə finiş xəttinə çatması böyük maraq və alqışla qarşılanıb.
Qeyd edək ki, Araz Əhmədov 2022-ci ildən Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Manşet.az