Müğənni Rəqsanə İsmayılova Naxçıvanda konsert verəcək.
Manset.az-ın məlumatına görə, tanınmış ifaçı 27 may tarixində Naxçıvan şəhərində solo konsert proqramı ilə çıxış edəcək. "Saat Meydanı"nda baş tutacaq konsert saat 19:00-da başlayacaq.
Tədbir 28 May – Müstəqillik Günü münasibətilə təşkil olunur. İzləyicilər üçün giriş ödənişsiz olacaq.
Konsert proqramı çərçivəsində yeni mahnılar səsləndiriləcək, eyni zamanda tamaşaçılar üçün maraqlı sürpriz də olacaq.