9-10 may tarixlərində Gürcüstanın Batumi şəhərində Kyokuşin Karate üzrə Avropa çempionatı keçirilib. Yarışda 22 ölkədən 500-ə yaxın idmançı iştirak edib.
Manset.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Solmaz Zeynallı qadınlar arasında 59 kq çəki dərəcəsində uğurlu çıxışı ilə diqqət çəkib. O, Ukrayna və Rumıniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib.
Yarımfinal mərhələsində isə Solmaz Zeynallı hakimlərin verdiyi mübahisəli cərimə xalına görə litvalı rəqibinə məğlub olub. Bununla belə, idmançımız Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, Solmaz Zeynallı Vətən müharibəsi şəhidi, kapitan Tural Zeynalovun bacısıdır.