“Suya qənaət edən texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir” - Sadır Japarov

15:33 - 18 May 2026

“Suya qənaət edən texnologiyaların tətbiqi olduqca əhəmiyyətlidir” - Sadır Japarov

“Biz müasir ekosistemlərin həssaslığını nəzərə alan inteqrasiyaa olunmuş şəhər idarəetmə strategiyalarının inkişafını dəstəkləyirik”. 


Manset.az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qırğızıstan Prezidenti Sadyr Japarov səsləndirib. 

O, çıxışında qeyd edib ki, xüsusilə çay axınının azalmasına uyğunlaşma və suya qənaət edən texnologiyaların tətbiqi olduqca vacib əhəmiyyət daşıyır.

Dövlət başçısı həmçinin tullantıların toplanması, təkrar emalı və utilizasiyası üzrə səmərəli ekoloji təcrübələrin tətbiqinin, eləcə də təbii landşaftların çirklənməsinin qarşısının alınmasının zəruri olduğunu vurğulayıb.

S. Japarov əlavə edib ki, dağlıq və seysmik cəhətdən aktiv ərazilər üçün yerli ekoloji cəhətdən təmiz materiallardan istifadə, enerji səmərəli texnologiyalar və zəlzələyə davamlı tikinti layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az