“İqlim qaçqınlarının sayı münaqişələr səbəbindən köçkün olanların sayını üstələyir” - Elşən İskəndərov 

12:59 - 19 May 2026

“İqlim qaçqınlarının sayı münaqişələr səbəbindən köçkün olanların sayını üstələyir” - Elşən İskəndərov 

“Artıq iqlim qaçqınlarının sayı münaqişələr nəticəsində köçkün olan insanların sayını üstələyir”. 


Manset.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə Səfiri Elşən İskəndərov BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində çıxışında belə deyib.

O bildirib ki, bu tendensiya qlobal miqyasda iqlim və humanitar çağırışların daha da kəskinləşdiyini göstərir. Onun sözlərinə görə, məhz bu reallıq Azərbaycanın COP29 təşəbbüsü çərçivəsində post-münaqişə bölgələrində iqlim həllərinin təşviqi və sülhə töhfə verən yanaşmaların inkişafı məqsədilə Bakı mərkəzinin yaradılmasına əsas verib.

Elşən İskəndərov həmçinin qeyd edib ki, iqlim dəyişikliyinə ən həssas 27 ölkədən 25-i eyni zamanda ən az inkişaf etmiş ölkələrdir və bu dövlətlər ciddi maliyyə çatışmazlığı ilə üzləşirlər. O vurğulayıb ki, həmin ölkələr iqlim adaptasiyası üçün ehtiyac duyduqları maliyyənin təxminən 10 dəfə azını əldə edirlər.

Qeyd olunub ki, bu vəziyyət iqlim ədaləti və daha effektiv maliyyələşmə mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az