Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Pakistan pavilyonunun açılışında iştirak edib.
Manset.az xəbər verir ki, açılış mərasimi yüksək səviyyədə təşkil olunub və Baş nazir sərgi iştirakçıları tərəfindən böyük maraq və izdihamla qarşılanıb. Tədbir zamanı Pakistan pavilyonunda ölkənin şəhərsalma sahəsində həyata keçirdiyi layihələr, davamlı inkişaf təşəbbüsləri və müasir urbanizasiya yanaşmaları nümayiş etdirilib.
Məryəm Nəvaz Şərif pavilyonla tanış olduqdan sonra sərgi ərazisini tərk edib.
Fidan Vəlisoy