Münasib mənzil böhranı dərinləşir - BMT hesabat verdi 

17:52 - 19 May 2026

Münasib mənzil böhranı dərinləşir - BMT hesabat verdi 

BMT-nin yeni hesabatında qlobal miqyasda münasib mənzil böhranının dərinləşdiyi bildirilib. 


Manset.az xəbər verir ki, hesabata əsasən, dünya əhalisinin təxminən 40 faizi, yəni 3 milyard insan qeyri-münasib qiymətlər, mənzil çatışmazlığı və aşağı keyfiyyətli yaşayış şəraiti səbəbindən ciddi problemlərlə üzləşir. Eyni zamanda, bu insanlar su və sanitariya kimi əsas kommunal şəhər xidmətlərinə çıxış imkanlarının məhdudluğu ilə də qarşılaşırlar.

Sənəddə qeyd olunur ki, 2050-ci ilə qədər şəhərlərin əlavə 2 milyard yeni sakini qəbul edəcəyi gözlənilir. Bu artım isə artıq sürətli urbanizasiya, torpaq qiymətlərinin yüksəlməsi, sosial bərabərsizliyin dərinləşməsi və iqlim dəyişmələrinin təsiri fonunda çətinlik yaşayan mənzil sistemlərinə əlavə yük yaradacaq.

BMT xəbərdarlıq edir ki, yaxın illərdə şəhərlərdə dayanıqlı və əlçatan mənzil təminatı qlobal gündəmin əsas çağırışlarından biri olaraq qalacaq.


Fidan Vəlisoy 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az